SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 600 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 891, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4709 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 271 781, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 837 304, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 434 487 təşkil edir.

BAKU.WS