Göygöl rayonunda 34 orta məktəb müəllimində koronavirus infeksiyası aşkar olunub. Nəticə etibarı ilə sözügedən müəllimlər tədrisdən kənarlaşdırılıblar.

Bu barədə BAKU.WS-in bölgə müxbirinə rayon Təhsil Şöbəsinin müdiri Elburus Atayev bildirib. Onun sözlərinə görə, yoluxan pedaqoqlar əsasən yaşı 50-dən yuxarı olan müəllimlərdir.

"Müəllim heyyəti ilə yanaşı covid-19 infeksiyası bir neçə 11-ci sinif şagirdlərində də aşkar olunub. Düzdür, hazırda 10 və 11-ci sinif şagirdləri distant təhsil alsalar da bəzi şagirdlərdə covid-19 virusu aşkar olunması ilə bağlı faktlar təsdiqlənib.

Yoluxma hallarına baxmayaraq Göygöl rayonunda əyani tədris prosesi davam etməkdədir. Yerli təhsil şöbəsi virusdan qorunmaq üçün tələb edilən qaydalara əməl olunmasına çalışırıq", - deyə E.Atayev bildirib.

Məlumat üçün bildirək ki, Göygöl rayonunda 50 orta tədris müəssisəsi fəaliyyət göstərir.

BAKU.WS