“Qocalar evi” və sığınacağın sakinləri də vaksinasiya olunur

Sosial Xidmətlər Agentliyinin “Qocalar evi” kimi tanınan Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin, habelə Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin sakinlərinin COVID-19 infeksiyasına qarşı vaksinasiyası işləri aparılır.
ƏƏSMN-dən BAKU.WS-ə verilən məlumata görə, peyvəndləmə işləri sakinlərin sağlamlıq və fiziki vəziyyətlərindən asılı olaraq iki istiqamətdə aparılır: müəssisəni tərk etmək imkanı olan şəxslər tibb müəssisələrinə aparılaraq peyvənd olunurlar. Digərləri üçün isə tibb işçiləri müəssisəyə dəvət edilir, sakinlərin peyvəndlənməsini yerində həyata keçirirlər.
“Qocalar evi”ndə hazırda 200-ə yaxın, Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 70 şəxs yaşayır. Hər iki müəssisədə sakinlərin rahat yaşayışı və reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunmaları üçün müasir tələblərə uyğun şərait yaradılıb.
Qalereya
Oxşar xəbərlər
50 günlük fasilə başa çatır: Restoranlarda hansı hazırlıqlar görülür? - REPORTAJ - FOTO
Fevralın 1-i, saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektlərində yerində fəaliyyət bərpa edilir. Bununla bağlı Azərbaycanın Qida Təhlükəsizliyi...
