VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 380 yeni yoluxma faktı qeydə alınıb, 1 159 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 226 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 213 279 nəfər müalicə olunaraq sağalıb, 2 971 nəfər vəfat edib, aktiv xəstə sayı 9 950 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 653, bu günə qədər isə ümumilikdə 2 295 612 test icra olunub.

BAKU.WS