SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4273 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, 4164 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 183 259 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 119 005 nəfər müalicə olunaraq sağalıb, 2007 nəfər vəfat edib, aktiv xəstə sayı 62 247 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 231, ötən müddət ərzində isə ümumilikdə 1 980 579 test aparılıb.

Qeyd edək ki, ölkədə gündə 20 minə qədər test aparılır.

BAKU.WS