“E-Təbib” mobil tətbiqində icazələrin alınma QAYDALARI

“E-Təbib” mobil tətbiqində icazələrin alınma qaydası açıqlanıb.
BAKU.WS-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında yer alıb.
Qərara əsasən, tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir.
-Mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn “OTP” kodu daxil edilir; giriş etdikdən sonra “lisenziya razılaşma” bölməsinə daxil olunur, razılaşdıqdan sonra “təsdiq edirəm” düyməsi sıxılır;
-“Bluetooth” və “GPS” sistemi işlək vəziyyətə gətirilir: 1. açılan əsas səhifədə “icazələr” bölməsinə keçid edilir;
- tələb olunan “FİN” kodu və doğum tarixi daxil edilir;
- icazənin növü seçilir (1 və ya 2);
- “Göndər” düyməsi sıxılır;
-“Təsdiq” və ya “İmtina” mesajı gələnə qədər gözləmə mesajı ekranda görünür;
-“Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.
Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatda və ya “E-Təbib” mobil tətbiqində icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər
Oxşar xəbərlər
İqtisadiyyat Nazirliyindən icazələrin ləğv edilməsi ilə bağlı AÇIQLAMA
İqtisadiyyat Nazirliyi fiziki və hüquqi şəxslərə müraciət edib. Nazirliyin yaydığı məlumatda deyilir: “Məlum olduğu kimi, “Xüsusi karantin rejiminin sərtləşdi...
