Karantin günlərində icazə almaq istəyənlər bu xəbəri mütləq oxusunlar

Karantin günlərində icazə almaq istəyənlər bu xəbəri mütləq oxusunlar
Sosial 2141

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində tətbiq olunan xüsusi karantin rejimində “E-Təbib” mobil tətbiqi vasitəsilə də icazə almaq mümkün olacaq.

BAKU.WS xəbər verir ki, bu, Baş Nazir Əli Əsədovun imzaladığı qərarda öz əksini tapıb.

Qərara əsasən, “E-Təbib” mobil tətbiqində icazələrin alınması aşağıdakı qaydada həyata keçirilir:

- tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;

- mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn “OTP” kodu daxil edilir;

- giriş etdikdən sonra “lisenziya razılaşma” bölməsinə daxil olunur, razılaşdıqdan sonra “təsdiq edirəm” düyməsi sıxılır;

- “Bluetooth” və “GPS” sistemi işlək vəziyyətə gətirilir:

1. açılan əsas səhifədə “icazələr” bölməsinə keçid edilir;

2. tələb olunan “FİN” kodu və doğum tarixi daxil edilir;

3. icazənin növü seçilir (1 və ya 2);

4. “Göndər” düyməsi sıxılır;

- “Təsdiq” və ya “İmtina” mesajı gələnə kimi gözləmə mesajı ekranda görünür;

“Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.

Son xəbərlər