Azərbaycanda daha 4 387 nəfər koronavirusa yoluxub, 38 nəfər ölüb

Azərbaycanda daha 4 387 nəfər koronavirusa yoluxub, 38 nəfər ölüb
Sosial 220

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4387 yeni yoluxma faktı qeydə alınıb, 3133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

Aktiv xəstələrin sayı 50 mini keçib.

Ölkədə son sutka ərzində 18321, hazırkı dövrədək isə 1865512 test aparılıb.

Ümumi ölənlərin sayı 1713 nəfərdir.

Ümumi yoluxanların sayı 154152 nəfər, ümumi sağalanların sayı 93411 nəfərdir.

Son xəbərlər