SİZİN REKLAM BURADA!
055 213 76 73


Respublikanın daxili işlər orqanları əməkdaşları tərəfindən şənbə və bazar günləri 29 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

BAKU.WS-in məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 26 nəfərinin evlərinə qayıtmaları təmin edilib, 3 nəfəri isə xəstəxanaya yerləşdirilib.

Onların hamısı barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

BAKU.WS