Orduda kütləvi yoluxma halları yoxdur - RƏSMİ CAVAB

Orduda kütləvi yoluxma halları yoxdur - RƏSMİ CAVAB
Sosial 361

“Koronavirusun Azərbaycanın Silahlı Qüvvələrində yayılmasının qarşısı alınıb. Silahlı Qüvvələrimizin tərkibində yoluxma halları kütləvi şəkildə özünü büruzə verməyib”.

BAKU.WS xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O əlavə edib ki, çağırışçılar da ordu sıralarına qoşulan zaman onlardan test götürülür: “Bizim yaralı əsgərlərimizin yoluxmaması qarşımızda duran əsas vəzifədir. Biz Vətən müharibəsində qalib olduq, bunda da qalib olmalıyıq”.

Son xəbərlər