Hərbi çağırışçılar COVİD-19 testindən keçirilir

Hərbi xidmətə çağırılan şəxslərin COVİD-19-la bağlı testlərdən keçirilməsi davam edir.
BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyi nəzdində yaradılmış COVİD 19-la bağlı İşçi Qrupunun üzvü Nailə Daşdəmirova deyib.
O bildirib ki, sahə məntəqələrinin tibbi heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhərində 11 rayon üzrə İdarələrinə ezam olunub:
"Sahə tibb məntəqələrinin işçiləri ora səfərbərlik üzrə hərbi xidmətə çağırılan vətəndaşlarımızdan hərbi xidmətə yollanmazdan əvvəl COVID-19 virusunun aşkarlanması məqsədilə test nümunələri götürmək üçün göndərilib.
Götürülən testlərin nəticələri bir neçə saat ərzində əldə olunması və nəticədən asılı olaraq müvafiq tədbirlər görülüb".
Oxşar xəbərlər
Koronavirusa görə 39 sahə məntəqəsinin ikinci monitorinqi keçirilib
Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən COVID-19 virusu ilə mübarizə məqsədilə yaradılan sahə məntəqələrinin ikinci monitorinqi həya...
