"Qarabağ" bu gün UEFA Avropa Liqasında FCSB-ni qəbul edəcək

Qarabağ bu gün UEFA Avropa Liqasında FCSB-ni qəbul edəcək
İdman 709

Bu gün UEFA Avropa Liqasının liqa mərhələsinin VII turu çərçivəsində "Qarabağ" Rumıniyanın FCSB komandasını qəbul edəcək.

BAKU.WS xəbər verir ki, qarşılaşma saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Oyunun baş hakimi slovakiyalı Filip Qlova olacaq.

UEFA Avropa Liqası

Liqa mərhələsi, VII tur

Tarix: 23 yanvar

Saat: 21:45

Komandalar: "Qarabağ" - FCSB (Rumıniya)

Hakim: Filip Qlova (Slovakiya)

Məkan: Tofiq Bəhramov adına Respublika stadionu, Bakı

Qeyd edək ki, turnir cədvəlində "Qarabağ" 3 xalla 33-cü, FCSB isə 11 xalla 10-cu pillədə qərarlaşıb.

Son xəbərlər