Kilian Mbappe 3 həftəlik sıradan çıxdı

Kilian Mbappe 3 həftəlik sıradan çıxdı
İdman 33

"Real Madrid"in hücumçusu Kilian Mbappe sol bud nahiyəsindən aldığı zədə səbəbindən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq

BAKU.WS xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Forvarda bud nahiyəsinin biseps nahiyəsindən zədə diaqnozu qoyulub.

Ulduz futbolçu bu müddət ərzində İspaniya çempionatı və Çempionlar Liqasındakı oyunları buraxacaq.

Mbappe sentyabrın 24-də La Liqada "Alaves"lə matçda (3:2) zədələnib. İlk hissədə qol vurub, 80-ci dəqiqədə isə əvəzlənməsini istəyib.

Son xəbərlər