COP29 prezidenti ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib
COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesusla iqlim dəyişikliyinin qlobal səhiyyə sistemlərinə təsiri ətrafında fikir mübadiləsi aparıb.
BAKU.WS xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) sosial şəbəkə hesabında bildirilib.
"COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesusla görüşərək ətraf mühitin məhv edilməsi və iqlim dəyişikliyinin qlobal səhiyyə sistemlərinə dərin təsirini müzakirə edib", - məlumatda diqqətə çatdırılıb.
Qalereya
Oxşar xəbərlər
BMT-nin Baş katibi: Bakıda COP29-da finiş xəttinə çatmaq üçün bizə ciddi təkan lazımdır
Bakıda keçirilən COP29-da müzakirələrin finiş xəttinə çatmaq üçün bizə ciddi təkan lazımdır. Bu barədə BMT-nin Baş katibi Antonio Quterreş özünün X səhifəsində...