Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb
12
okt
2024
19:10
Azərbaycanın bir cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"də qızıl medal qazanıb.
Zelim Tçkayev (81 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub.
Rəşid Məmmədəliyev bürünc mükafat uğrunda görüşdə uduzub.
Azərbaycan turnirdə 14 idmançı ilə təmsil olunur. Ötən gün yarışa başlayan altı cüdoçudan yalnız Acelya Toprak (57 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, "Böyük Dəbilqə" oktyabrın 13-də başa çatacaq.
Oxşar xəbərlər
AFFA rəsmisi UEFA-dan təyinat alıb
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb. BAKU.WS report-a istinadən xəbər verir...