Azərbaycan millisinin oyununu qadın hakim idarə edəcək
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində sonuncu matçını qadın hakim idarə edəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, İngiltərə yığmasına qarşı oyun xorvatiyalı FIFA referisi İvana Martinçiçə tapşırılıb.
Ona Sanya Rodyak-Karşiç və Maya Petraviç kömək göstərəcək. Dördüncü hakim funksiyasını Sabina Boliç yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 15-də Bristol şəhərində yerləşən "Ashton Gate" stadionunda baş tutacaq İngiltərə - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. U-21 bu gün, saat 18:00-da Şimali İrlandiyanın qonağı olacaq.
Oxşar xəbərlər
Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalına vəsiqə qazanıb
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Elşad Quliyev...