BAKU.WS-in işıqlandırdığı daha bir problem həll olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi rayonu Biləcəri qəsəbəsi, Asəf Zeynallı 75 ünvanında yerləşən 299 saylı orta məktəbin qarşısındakı yolda hərəkət birtərəfli təşkil edilib.
BAKU.WS-in qaldırdığı bu problem Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən həll edilib.
Qeyd edək ki, uzun müddət idi bu ərazidə vəziyyət gərgin olaraq qalmışdı. Çoxsaylı şikayətlərdə bildirilirdi ki, səhər saatlarında məktəbin qarşısı keçilməz vəziyyətdə olur. BU barədə BAKU.WS saytında "Bakıda orta məktəb şagirdlərini "ölümə" aparan yol - Nə baş verir?" Adlı yazıda şikayətlər bildirilmişdi.
Ziya SƏCCAD
Qalereya
Oxşar xəbərlər
Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib?
Paytaxtın Badamdar qəsəbəsində yerləşən "EOS uşaq inkişaf mərkəzi"ndə baş verən hadisə ilə bağlı yenə şikayət var. BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki,...