"Zirə" klubuna texniki məğlubiyyət verilməsinin SƏBƏBİ
11
okt
2024
15:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gənclər Liqasının "Zirə" - "Qəbələ" oyununun nəticəsi ləğv olunub.
BAKU.WS xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi çıxarıb.
Buna səbəb Bakı klubunun heyətində adı protokolda qeyd edilməyən 45 nömrəli futbolçunun meydana daxil olmasıdır.
AFFA "Zirə"yə 0:3 hesablı texniki məğlubiyyət verib.
Qeyd edək ki, paytaxt təmsilçisi ev oyununda 3:2 hesablı qələbə qazanmışdı.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...