Xaqani parkındakı qanun pozuntusu aradan qaldırıldı

Xaqani parkındakı qanun pozuntusu aradan qaldırıldı
Foto
Sosial 287

Oktyabrın 14-də sosial şəbəkələrdə Bakı şəhərinin Səbail rayonunda bərpa işlərindən sonra istifadəyə verilən Xaqani parkı ərazisinin bir hissəsinin ictimai iaşə obyekti tərəfindən zəbt edilməsinə dair məlumat yayılıb.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, Komitə yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma monitorinqi çərçivəsində həyata keçirilən operativ əməliyyat tədbirləri nəticəsində zəbt olunmuş ictimai ərazinin boşaldılması və vətəndaşların istifadəsinə qaytarılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, həmçinin aidiyyəti orqanlara qanun pozuntusu barədə məlumat verilib.

Son xəbərlər