"Azərbaycan Dəmir Yolları" 8 milyonuncu sərnişini daşıdı

Azərbaycan Dəmir Yolları 8 milyonuncu sərnişini daşıdı
Foto
Sosial 87

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sərnişindaşıma xidmətində il ərzində 8 milyonuncu sərnişin qeydə alıb.

BAKU.WS xəbər verir ki, bu barədə səhmdar cəmiyyətin mətbuat xidmətinin əməkdaşı Baxtiyar M. Haciyev sosial şəbəkə hesabında qeyd edib.

O bildirib ki, azyaşlı Dəniz Məmmədli "Azərbaycan Dəmir Yolları-nın 8 milyonuncu sərnişini olub.

Xatırladaq ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) 7 milyonuncu sərnişini Sevil Əlimərdanova adlı xanım olub.

Səhmdar cəmiyyət 2023-cü il üçün nəzərdə tutulmuş 6 milyonluq hədəf aşılaraq ilk dəfə il ərzində 7 milyon sərnişin daşıyıb.

Sərnişinlərin sayı 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon nəfər olub.

Oxşar xəbərlər

Qərb bölgəsində dabaq xəstəliyi sürətlə yayılır: Fermerlər zərər içində

Qərb bölgəsində dabaq xəstəliyi sürətlə yayılır: Fermerlər zərər içində

Azərbaycanın bir sıra bölgələrində olduğu kimi, Qərb bölgəsində də geniş yayılan dabaq xəstəliyi sakinləri narahat etməyə başlayıb. Ağstafadan olan fermerlər bi...

260 Sosial 22:30 19 oktyabr 2025

Son xəbərlər