Bakı sakinləri niyə gecə küçədə yığışdılar? - "Təhlükəli vəziyyətdəyik"
Bakının Xətai rayonu Gəncə prospekti, 97 ünvanında torpaq sürüşməsi olub.
Sürüşmənin gecə saatlarında baş verməsi səbəbindən sakinlər küçədə yığışmalı olublar.
"Təhlükəli vəziyyətdəyik. Gecə qorxudan yata bilmirik. Daşlar o qədər böyükdür ki, binaya doğru tökülsə, buradan keçən hər kəsin həyatı üçün təhlükə yarada bilər", - deyə sakin narahatlığını ifadə edib.
Onların sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müracət etsələr də, heç bir tədbir görülməyib.
"Bir müddət əvvəl burada daha böyük torpaq sürüşməsi olmuşdu. Xətai Rayon İcra Hakimiyyətindən sürüşən torpaq kütləsini təmizləyəcəklərini bildirsələr də, iki aydan çox vaxt keçməsinə baxmayaraq, deyilənə əməl etməyiblər", - başqa bir sakin deyib.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Pensiya ilə bağlı ŞAD XƏBƏR - Ev almaq və biznes qurmaq mümkün ola bilər
Azərbaycanda özəl pensiya fondlarının yaradılması gözlənilir. BAKU.WS xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vü...