Kirayə pulu ödəyərək sonradan mənzilə necə sahib olmaq olar? - VACİB AÇIQLAMA
"İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kirayə mənzillər təklif olunur və bir müddətdir ki, bu proqram icra olunur Kirayə mənzil layihəsi üçün rəsmi iş yeri olan Azərbaycan vətəndaşları müraciət edə bilər. Bu zaman əsas tələb vətəndaşın məhkumluğunun olmaması, onun yaşının 60-dan az olması və rəsmi iş yerinin olmasıdır".
Bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, kredit və ya icarə müqaviləsi 70 yaşa qədər tamamlanmalıdır. Eyni zamanda ilkin ödəniş olaraq 12 aylıq ödəniş həyata keçirilir. Müqavilə üç ildən az olmamaq şərti ilə bağlanır:
"Nəticədə kirayə mənzil götürən vətəndaş ödəniş etdikdən və müqavilə müddəti başa çatdıqdan sonra mənzilə sahib olur. Bu, xüsusən kirayədə qalan vətəndaşlar üçün yeni imkanlardan biri kimi qiymətləndirilir. Müraciət qaydaları asandır. Elektron portal üzərindən vətəndaş gəlirini təqdim təsdiq edən sənəd, şəxsiyyətini təsdiq edən sənəd, ailə vəziyyəti, ailə üzvləri ilə bağlı məlumatlar, eləcə də məhkumluğun olmaması ilə bağlı sənədi təqdim etməklə kirayə mənzili seçmək hüququna malikdir.
Kirayə mənzillə bağlı müqavilə bağlandıqdan sonra vətəndaş 12 ayın pulunu ilkin ödəniş olaraq ödəyir. Məsələn, əgər aylıq ödəniş 500 manatdırsa, bu halda həmin vətəndaş ilkin ödəniş olaraq 6 min manat ödəyir. Üç ildən sonra isə əgər istəyərsə həmin mənzili satmaq, kirayə hüququnu digər şəxsə təqdim etmək imkanına malik olur.
Bu layihənin özəlliyi ondan ibarətdir ki, kirayə qalan vətəndaşımız həmin mənzili alır, orada yaşayır, kirayə ödənişlər edir, amma sonda mənzil özünə qalır. Çünki digər evdə kirayə qalırsa, kirayə ödənişini etsə də, həmin mənzil kirayəçidə qalır. Amma bu mənzillərə sahib olan vətəndaşlar kirayə ödənişi başa çatdıqdan sonra mənzilin sahibi olur, çıxarış əldə edir".
Kirayə mənzil layihəsi üzrə mənzillərin siyahısı ilə BURADAN tanış ola bilərsiniz.
Elektron İpoteka və kredit zəmanət sistemi vasitəsilə Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi xidməti üzrə - Müraciətə dair video təlimat
Elektron İpoteka və kredit zəmanət sistemi vasitəsilə Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi xidməti üzrə - yaşayış sahəsinin seçilməsinə dair video təlimat
Orxan Hüseyn
Oxşar xəbərlər
Gələn ilin əvvəlində Respublika Perinatal Mərkəzində təmir işləri başlayacaq
Gələn ilin əvvəlindən yanğın baş verən və nəticədə dörd körpənin öldüyü Respublika Perinatal Mərkəzində təmir işləri başlayacaq. BAKU.WS xəbər verir ki, bu barə...