Su sayğaclarını donvurmadan belə qoruyun
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (İŞBSTX) qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir.
Bu barədə İŞBSTX-dən məlumat verilib.
Bildirilib ki, əsasən kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir.
Qeyd olunub ki, bu, xətlərin intensiv yağışlar zamanı həm yağış suları, həm də tullantı sularını maneəsiz şəkildə daşıması üçün edilir:
"Eyni zamanda. kanalizasiya nasos stansiyaları təftiş olunur, orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir.
Bundan başqa, qış aylarında ən çox problemlər sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən donvurmalardır. Vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmayıb. Tövsiyəmiz odur ki, həmin xətlər ya izolyasiya olunsun, ya da torpaq altına keçirilsin.
İstehlakçıların diqqətinə çatdırırıq ki, fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır. Donvurmadan mühafizə tədbirləri kimi sayğacların üzərində isti materialların da örtük və sayğacın quru ağac yonqaları ilə əhatə olunması tövsiyə olunur".
Oxşar xəbərlər
Artan körpə ölümləri: Son 25 ilin ən yüksək göstəricisi - Səbəblər nədir və nə etməliyik?
Azərbaycanda körpə ölümlərinin sayında artım müşahidə edilir. Nəticədə son illər bu sahədə əldə olunan müsbət göstəricilər geriləməyə doğru gedir. Təkcə Zaqatal...