İçərişəhərdə yerləşən bu mənzillər təmir olunacaq
02
dek
2024
15:55
İçərişəhər ərazisində bir sıra mənzillərin təmiri işləri həyata keçiriləcək.
Bu barədə dövlət satınalmalarının vahid internet portalından məlumat verilib.
Belə ki, İçərişəhər ərazisinin Dövlət Mənzil Fonduna məxsus mənzillərin və dam örtüyünün təmir işləri aparılacaq.
Məlumata görə, artıq bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidməti hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin icrasının 105 886 AZN-ə başa gələcəyini proqnozlaşdırıb.
Oxşar xəbərlər
Bu səbəbdən kompensasiya ödəniləcək
İsmayıllı rayonunun Basqal kəndi ərazisində yol tikintisi zamanı torpaq sürüşməsi baş verib. Milli.Az xəbər verir ki, hadisə nəticəsində 2 mərtəbəli tikiliyə ci...