Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə 7, 8, 14 və 15 dekabr tarixlərində əlavə reyslər təyin edib.
BAKU.WS bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.
"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), "ADY Mobile" tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz",-deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...