"Formula 1" üzrə Azərbaycan Qran-prisinə görə bağlanan prospekt və küçələr açılıb
Sentyabrın 13-dən 15-dək keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinə görə bağlanan prospekt və küçələr açılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bakı Şəhər Halqasından (BŞH) verilən məlumata görə, yollar nəzərdə tutulan vaxtdan daha tez - bu gündən sürücülərin istifadəsinə verilib.
BŞH Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsinin və digər aidiyyəti qurumların birgə səyi nəticəsində son 8 ildə ilk dəfə Bakının yolları 24 saat tamam olmamış paytaxtdakı nəqliyyat məhdudiyyəti aradan qaldırılıb.
Həmçinin sentyabrın 16-dan 17-dək, 1 gün ərzində BŞH ərtafında təhlükəsizlik məqsədilə quraşdırılan 3306 ədəd beton bloklar aradan götürülür.
Qeyd edək ki, yarış həftəsində bağlı olan yolların bir çox hissəsi müəyyən saat aralıqlarında şəhərdəki tıxacların minimuma endirilməsi məqsədilə sürücülərin istifadəsi üçün açıq olub.
Oxşar xəbərlər
Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb. Alıcı videoda bildirib ki, bu, kərə yağın...