"Danışaq?" layihəsinin növbəti qonağı oftalmoloq olub

Danışaq? layihəsinin növbəti qonağı oftalmoloq olub
Sosial 95

Jurnalist Həmid Həmidov "Danışaq?" layihəsinin yeni buraxılışında abunəçilərinə daha bir videomüsahibə təqdim edib.

BAKU.WS-in məlumatına görə, podkastın qonağı oftalmoloq İmran Cərullazadə olub.

Bu buraxılışın digər aparıcısı isə tibbi marketoloq Cəmilə Baydəmir olub.

Müsahibə zamanı aparıcılar ABŞ, Dominikan Respublikası, Kolumbiya kimi xarici ölkələrdə təcrübə keçmiş məşhur həkimlə onun bu peşəyə necə gəldiyi və oftalmologiya ilə bağlı hər şey - xəstəliklər, yeni tendensiyalar və s. barədə danışıblar.

İştirakçılar, həmçinin əhali arasında görmə qabiliyyətinin pisləşməsi hallarının artması problemini, oftalmoloqa vaxtında müraciət edilməsinin vacibliyini, duruşun görmə qabiliyyətinə təsirini və görmə qabiliyyətinin qorunması üçün bioloji aktiv qida əlavələrinin faydasını müzakirə ediblər.

Bundan başqa, həkim optik eynəklərdən istifadənin əhəmiyyəti, kompüterdə iş zamanı xüsusi eynəklərin vacibliyi və dəlikli eynəklərin görmə qabiliyyətinə kömək edib-etmədiyi barədə danışıb.

Son xəbərlər