Bulvarda gəmi gəzintisinə START VERİLƏCƏK - Qiymətlər DƏYİŞƏCƏK?

Bulvarda gəmi gəzintisinə START VERİLƏCƏK - Qiymətlər DƏYİŞƏCƏK?
Sosial 217

Bir neçə ildir dəniz səviyyəsinin aşağı enməsi səbəbindən bulvarda gəmi gəzintisinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Son günlər yerli media və sosial şəbəkələrdə Bakı bulvarında "Mirvari" gəmisinin yenidən görünməsinə dair fotolar yer alıb.

Gəminin yenidən görünməsi vətəndaşların həmin gəmidən nə zaman istifadə edəcəkləri sualını yaradıb.

Həmçinin gəmi gəzintisi üçün qiymətlərin müəyyən olunub-olunmaması da yaranan suallardandır.

BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Bizim.media-ya deyib ki, gəmi gəzintisi üçün son hazırlıq işləri görülür:

"Xəzər dənizinin səviyyəsinin enməsi 2022-ci ildən bulvarda gəmi gəzintisinin müvəqqəti dayandırılmasına səbəb olmuşdu. Cari ildə gəmilərin yenidən fəaliyyətə başlaması istiqamətində işlərə başlanıldı. Dənizin müəyyən hissələrində dərinliyinin ölçülməsi işləri aparıldı və buna uyğun olaraq yeni, təhlükəsiz marşrut xətləri müəyyənləşdirildi.

Eyni zamanda "Mirvari" gəmisinin təhlükəsiz və rahat hərəkəti üçün təmir və renovasiya işləri aparıldı. Bir neçə gündür gəmi Dəniz Vağzalı qarşısındakı körpüyə yan alıb və gəmi gəzintisi üçün son hazırlıq işləri görülür. Hazırlıq işləri yekunlaşdıqdan sonra qiymətlər və güzəştlər barədə məlumat veriləcək".

Son xəbərlər