ChatGPT istifadə edənlərə ŞAD XƏBƏR - Yeni xüsusiyyətlər əlavə edildi
Süni intellekt həyatımızın daha çox sahəsinə daxil olduqca istifadəçi təcrübəsini artırmaq üçün yeni funksiyalar əlavə edilir. Bu kontekstdə artıq ChatGPT istifadəçiləri yeniliklərdən istifadə edə bilərlər.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, OpenAI ChatGPT-ni daha təbii və insana yaxın ünsiyyət vasitəsi halına gətirmək üçün inkişaf etdirdiyi "Səsli Ünsiyyət" və "Söhbət Tarixi Axtarışı" xüsusiyyətlərini təqdim edib. Bu yeni xüsusiyyətlər istifadəçi təcrübəsini daha da artırmağı hədəfləyir.
Belə ki, səsli ünsiyyət rejimi iyul ayında beta istifadəçilərinə təqdim olunub və sentyabrda ödənişli abunəçilər üçün aktiv edilib.
Avropadakı pulsuz istifadəçilər üçün də məhdud ön izləmə planlayan OpenAI tezliklə bütün istifadəçilərin bu xüsusiyyətə çıxışını təmin etməyi planlaşdırır.
Yeni səsli rejim ChatGPT-nin istifadəçilərin səs tonundakı duyğuları anlayaraq uyğun cavablar verməsinə və söhbət əsnasında istifadəçinin fikrini tamamlama və ya əlavə etmə imkanına malikdir. İstifadəçi rəylərinə görə, ChatGPT-nin bu xüsusiyyəti təbii pauzalar, aksentlər və ton dəyişiklikləri kimi insana xas səs xüsusiyyətlərini təqlid etmək bacarığı ilə böyük maraq doğurub.
OpenAI-nin təqdim etdiyi digər yenilik isə söhbət tarixi axtarışıdır. Bu xüsusiyyət istifadəçilərə əvvəlki söhbətlərinə asanlıqla geri dönüb qaldıqları yerdən davam etməyə imkan verir.
Oxşar xəbərlər
Nəbatət Bağına giriş BU QİYMƏTƏ olacaq
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Mərkəzi Nəbatət Bağının əsaslı təmirdən sonra açılışı baş tutub. BAKU.WS Lent.az-a istinadən xəbər ver...