Bakıda yeni parkın abadlaşdırılmasına ayrılan vəsait açıqlanıb
Bakının Yasamal rayonunda Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırılmasına sərf olunacaq vəsaitin həcmi açıqlanıb.
"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin elan etdiyi satınalma başa çatıb.
"Vest LTD" Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanan müqaviləyə əsasən, Mərkəzi parkın davamı və ətraf ərazilərin abadlaşdırılmasına 37 milyon 230 min manat sərf olunacaq.
Görüləcək işlər çərçivəsində ümumi sahəsi 36 min 658 kubmetr təşkil edən binaların uçurulma metodu ilə sökülməsi (kərpic, isidilən binaların) nəzərdə tutulur.
Oxşar xəbərlər
Bakıda 6 kq çəkidə körpə dünyaya gəlib
Bakıda yanvar ayının 10-da Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qız dünyaya gəlib. BAKU.WS report-a istinadən xəbər...