İsrail HƏMAS-la razılaşmanın ilk mərhələsində 2 min fələstinlini azad edəcək
16 yanvarda Dohada İsrail ilə HƏMAS təşkilatı arasında girovların azad edilməsi və Qəzza sektorunda atəşkəs haqqında imzalanmış razılaşmanın ilk mərhələsində 33 israilli girovun azad edilməsi müqabilində 2 min fələstinli məhbus sərbəst buraxılacaq.
Bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, razılaşmanın ilk mərhələsi 42 gün davam edəcək və onun icrası 2-3 gün sonra başlanacaq.
İlk növbədə 33 girov azad olunacaq: Qadınlar və uşaqlar, qadın hərbçilər, 50 yaşdan yuxarı kişilər və humanitar hallar kimi müəyyən edilmiş gənclər.
Bunun əvəzində İsrail həbsxanalarında saxlanılan 2 min məhbus, o cümlədən 2023-cü il oktyabrın 7-də baş verən hadisələrdən sonra həbs edilən təxminən min nəfər sərbəst buraxılacaq.
Mübadilə üçün təsdiqlənmiş fələstinli məhbuslardan təxminən 250 nəfər ömürlük həbs cəzası çəkir. Bununla yanaşı, razılaşmaya əsasən, 2023-cü il oktyabrın 7-də İsrailə hücumda birbaşa iştirak etmiş fələstinlilər azad olunmayacaq.
İsrailin baş naziri Benyamin Netanyahunun dəftərxanası, 16 yanvarda Dohada İsrail, HƏMAS, ABŞ və Qətər arasında girovların azad edilməsi və Qəzza sektorunda atəşkəs haqqında razılaşmanın imzalanmasını təsdiqləyib. Bəyanata görə, razılaşmanın təsdiqi üçün təhlükəsizlik kabineti toplanacaq, sonra isə hökumətin tam heyətdə iclası keçiriləcək. Səsvermə 18 yanvarda baş tutacaq.
Oxşar xəbərlər
"Haber Global"da 29 terrorçunun zərərsizləşdirildiyi əməliyyatın təfərrüatı açıqlanıb
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi əməliyyat nəticəsində YPG/PKK terrorçu qruplaşmasının 29 üzvü öldürülüb. BAKU.WS xəbər verir ki, "Hab...