Bağçada işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasında dəyişiklik edilib

Bağçada işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasında dəyişiklik edilib
Sosial 226

Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasında dəyişiklik edilib.

BAKU.WS xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəyişikliklə, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri ilə yanaşı Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi də altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparacaq və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edəcəklər.

Son xəbərlər