Azərbaycanda maaşların hansı tarixdən artacağı məlum oldu- RƏSMİ
"2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata çatdırılacaq. Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfəyədək artıma nail olunub".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Bilidilirib ki, Sərəncamla Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə aylıq tarif (vəzifə) maaşlarının minimum aylıq əməkhaqqının artırılmış yeni məbləğinə uyğunlaşdırılmasını təmin edəcək:
"Beləliklə, həmin sahələr (sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s.) üzrə 19 pillədən ibarət Vahid Tarif Cədvəlinin ilk pilləsindəki maaş 400 manata çatdırılmaqla, digər pillələr üzrə maaşlarda da buna uyğun artımlar tətbiq ediləcək".
Oxşar xəbərlər
Sabah İmişli şəhərinin qaz təchizatında fasilə olacaq
Sabah İmişli şəhərinin bir hissəsinin qaz təchizatında fasilə olacaq. "Report"un Muğan bürosunun məlumatına görə, diametri 159 mm-lik qaz kəmərinin H.Aslanov kü...