UNESCO rəsmisi AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad edib
Yeniliklərdən dərhal xəbərdar olun
UNESCO baş direktorun müavini Firmin Eduard Matoko Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyini ziyarət edərək, "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad edib.
"Report"un yerli bürosu bildirir ki, F.Matoko Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev ilə görüşüb.
O, faciə ilə əlaqədar təmsil etdiyi beynəlxalq qurum adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...