AYNA: "Qırmızı-Körpü" gömrük postunda 400 avtomobil gözləyir
Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı-Körpü" gömrük postunda 400 avtomobil gözləyir.
BAKU.WS bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, "Samur" gömrük postunda 23, "Mazımqara" gömrük postunda 6, "Biləsuvar" gömrük postunda 13, Astara" gömrük postunda isə 16 yük avtomobili gözləyir.
Bildirilir ki, Azərbaycan-Rusiya sərhədində yerləşən "Xanoba" gömrük postunda gözləmədə olan yük avtomobili yoxdur.
Oxşar xəbərlər
Ramana qəsəbəsindəki körpüdə TƏHLÜKƏLİ VƏZİYYƏT
Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən körpü qəzalı vəziyyətə düşüb. BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Kadrlarda kör...