Sabah səhər yağış yağacaq - HAVA PROQNOZU

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında gün ərzində gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, sabah saat 7:00-11:00 radələrində arabir yağıntııı olacağı , tədricən kəsiləcəyi gözlənilir.
Şimal-qərb küləyi 8-13 m/s, arabir 15-18 m/s, havanın temperaturu 3-6° isti olacaq.
Saat 11:00-14:00 radələrində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 8-13 m/s, havanın temperaturu 5-7° isti olacaq.
Saat 14:00-17:00 radələrində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi 7-12 m/s, havanın temperaturu 6-8° isti olacaq.
Saat 18:00-22:00 radələrində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi 5-10 m/s, havanın temperaturu 5°-dək isti olacaq.
***12:34
Yanvarın 20-də gözlənilən hava proqnozu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək.
Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-8° isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Oxşar xəbərlər
Əncir kimlərə əks göstərişdir - Bu şəxslər isə ondan faydalana bilər
Əncir insanın qida rasionunda ən qədim meyvələrdən biri hesab olunur. Onun şirin dadı, yumşaq toxuması və zəngin tərkibi bu meyvəni həm təzə, həm də quru halda...
