Rusiya təyyarəsi Bakıda məcburi eniş edib
"Aeroflot" aviaşirkətinin Moskva (SVO) - Dubay marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.
Bu barədə BAKU.WS-ə Heydər Əliyev Beynəlxalq Aerportunun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.
"Boeing 737-800" təyyarəsi yerli vaxtla saat 06:27-də hava limanına uğurla eniş edib. Sərnişinə operativ şəkildə zəruri tibbi yardım göstərilib.
Qeyd edək ki, fövqəladə hallara operativ reaksiya göstərmək və sərnişinlərin, ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda mütəmadi hazırlıq təlimləri keçirilir.
Oxşar xəbərlər
Yüksək sürət yenə CAN ALDI
Tovuzda zəncirvari yol qəzası olub, bir nəfər ölüb BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndinin Mərkəzi küçəsində qeydə alı...