Yasmin Levy bu tarixdə Azərbaycana gəlir
İsrailli müğənni və bəstəkar Yasmin Levy paytaxtın qonağı olacaq.
BAKU.WS xəbər verir ki, sənətçi Heydər Əliyev Sarayında sevənləri qarşısında solo konsert verəcək.
"33event"in təşkilatçılığı ilə reallaşacaq konsert dekabrın 10-da saat 20.00-da başlayacaq və 21:30-a qədər davam edəcək.
İfaçı gecə boyunca sevilən mahnılarını pərəstişkarları üçün ifa edəcək.
2000-ci ildən musiqi karyerasına başlayan sənətçi xalq və müasir alətlərin akustik müşayiəti ilə flamenko elementlərindən istifadə edir.
Onun "Voice & Piano", "Rak Od Layla Echad", "Tango", "Tango", "Sentir", "Sentir", "Live at the Tower of David, Jerusalem", "La Judería", " Romance & Yasmin" kimi ifaları var.
Yasmin bənzərsiz bir səsə malikdir və ənənəvi sefardik Ladino mahnılarını, öz kompozisiyalarını ispan dilində ifa etməsi ilə məşhurdur.
Sənətçinin konsert biletləri 49-249 AZN aralığındadır.
Biletləri şəhərin bütün kassalarından və onlayn şəkildə əldə etməyə tələsin.
Oxşar xəbərlər
Selin Ciğerci daha bir estetik əməliyyat etdirib
Selin Ciğerci üzündə etdirdiyi sonuncu estetik əməliyyatla görünüşünü dəyişib. BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, cinsiyyət dəyişikliyi əməliyyatı...