Kazımdan Aygün Kazımovaya ETİRAF: "Mənimsən, oksigenimsən"
Xalq artisti Aygün Kazımova 2024-cü ilin bitməsinə az qalmış yeni layihəsini təqdim edib.
BAKU.WS xəbər verir ki, Pop kraliça bu dəfə bir çox hit mahnılarının müəllifi Kazım Canla duet oxuyub.
"1" adlanan mahnının sözləri Orxan Qarabasma (OGB), musiqisi isə Kazım Canın özünə məxsusdur.
Kazımova və Kazım Canın yeni dueti yutub kanalında yerləşdirilib.
Mahnıda Kazım Aygün Kazımovanı "Gözəllik ikonası", "Sevgi madonnası" adlandırıb.
Hələ mahnı tam versiyada təqdim edilmədən əvvəl Diva ondan qısa bir parça yayımlamışdı. Mahnının həmin bir neçə saniyəlik hissəsinə TikTik-da artıq çox sayda video çəkilib.
Qeyd edək ki, Kazım Can ölkənin əsas ulduzunun bir çox hitlərinin müəllifidir: "Parol", "Dəli fikirlər", "Poqodi pastoy". O, eyni zamanda 2024-cü ilin əsas hitinə çevrilən "S.O.S" mahnısının da müəllifidir. Hazırda klip yutub da 30 milyona yaxın izlənilib. Balacadan böyüyə hər kəsin dillər əzbəri olan "S.O.S" xarici ölkələrdə də sevilib.
Oxşar xəbərlər
Kadir İnanır üçün KRİTİK HƏFTƏ
Yeşilçamın usta aktyoru Kadir İnanırın müalicəsi davam edir. Mart ayında beyninə gedən damarlardan birinə laxta düşməsi səbəbilə xəstəxanaya yerləşdirilən aktyo...