Bakıda bu ərazidə evlər plana düşüb - Nə bina tikilir, nə də kirayə pulları verilir

Bakıda bu ərazidə evlər plana düşüb - Nə bina tikilir, nə də kirayə pulları verilir
Video
Sosial 13063

Bina pilot layihə çərçivəsində bir neçə il əvvəl sökülüb, sakinləri isə kirayə mənzillərə çıxarılıb... Ancaq, indi tikinti şirkəti sakinlərin kirayə pulunu ödəməkdən iddia edir...

Kirayə pulunu ala bilməyən sakinlər isə onlara vəd edilən mənzildən də ümidlərini üzüblər.

"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən sakinlər deyirlər ki, paytaxtın Nərimanov rayonu Ceyhun Hacıbəyli və Təbriz küçələrinin kəsişməsində yerləşən binaları pilot layihə adı ilə sökülüb. İndi isə yerləşdikləri kirayə mənzillərin ödənişi tikintini işlərini həyata keçirən "N-Turan" MMC tərəfindən qarşılanmır.

Sakinlər arasında ona vəd edilən mənzilin verilməyəcəyi cavabını alan da var.

Şikayətçilər deyirlər ki, şirkət rəhbərliyi ilə görüşmək istəsələr də, cəhdləri nəticəsiz qalıb.

Oxşar xəbərlər

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Dekabrın 16-da Xaçmazın 27 kəndində qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İs...

153 Sosial 23:23 15 dekabr 2025

Son xəbərlər