Sabah Xocalının Ballıca kəndinə ilk köç olacaq
Xocalı rayonunun Ballıca kəndinə dekabrın 13-də ilk köç olacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, ilk mərhələdə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşanlar kəndə yola salınacaq.
Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsi nəticəsində imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ballıca kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçib. 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.
Oxşar xəbərlər
Qərbi Azərbaycanda vandalizmə göz yuman ABŞ – Ağ ev Qarabağda "erməni izi" axtarır
ABŞ-nin Bayden administrasiyası erməni lobbisindən aldığı göstəriş və tapşırıqlara uyğun qərəzli bəyanatlar və proqramlar səsləndirməkdə davam edir. 30 ildən ar...