Rusiya KİV: İlham Əliyev təyyarə qəzasına görə Rusiyadan kompensasiya tələb edib
Azərbaycan Prezidenti İlham Əliyev AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin qəzaya uğraması ilə bağlı faktları səsləndirib və Rusiyadan kompensasiya tələb edib.
Bu barədə BAKU.WS "Report"a istinadən məlumat verir.
Portalın məlumatına görə, dekabrın 29-da İlham Əliyev Aktauda baş verən təyyarə qəzasında həlak olan ekipaj üzvləri ilə vida mərasimində iştirak edib. Bundan sonra o, Azərbaycan Televiziyasına müsahibə verib və faciənin təfərrüatlarından danışıb.
Nəşr qeyd edir ki, Azərbaycan Prezidenti təyyarənin yerdən açılan atəş nəticəsində zədələnməsi faktının göz qabağında olduğunu bildirib.
Oxşar xəbərlər
İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğramı...