DİN saxta kirayə ev elanları ilə bağlı vətəndaşlara müraciət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) saxta kirayə ev elanları ilə bağlı vətəndaşlara müraciət edib.
Bu barədə BAKU.WS-ə DİN-dən məlumat verilib.
Bildirilib ki, son dövrlərdə bir çox vətəndaş saxta kirayə ev elanlarının qurbanı olur:
"Bu kimi hallarla qarşılaşmamaq üşün diqqətli olun! Elanı diqqətlə yoxlayın. Təklif çox ucuz görünərsə ehtiyatlı olun. Qanuni sənədlər tələb edin .Əvvəlcədən ödəniş etməyin. Mənzili şəxsən görmədən razılaşma bağlamayın. Sizi aldatmaq istəyənlərə qarşı tədbirli olun! Əmin olmadığınız hallarda DİN-in 102 Zəng mərkəzinə, ərazi polis orqanlarına müraciət edin. Qanuni yaşayış üçün hər zaman təhlükəsiz yoldan gedin!"
Oxşar xəbərlər
Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı
Bakıda bıçaqlanan ata və oğlunun son durumu açıqlanıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat ya...