Prezident süni torpaq sahələri ilə bağlı bəzi qanunlarda dəyişiklikləri təsdiqləyib
Prezident İlham Əliyev "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" 7 may 2024-cü tarixli qanunun icrası ilə əlaqədar bəzi qanunlarda edilmiş dəyişiklikləri təsdiqləyib.
BAKU.WS xəbər verir ki, dəyişikliklər Torpaq Məcəlləsini, "Torpaq icarəsi haqqında" və "Torpaq bazarı haqqında" qanunları əhatə edib.
Dəyişikliklərə görə, Xəzərin Azərbaycana aid hissəsində süni torpaq sahələrinin istifadəyə və icarəyə verilməsinin xüsusiyyətləri, həmin torpaq sahələri üzərində hüquqların yaranması ilə bağlı münasibətlər "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanunla tənzimlənir.
Oxşar xəbərlər
Aygün Attar: Rusiyanın üzrxahlığı baş verən fəlakətin ağırlığını dərk etməsidir
Rusiya Prezidenti Vladimir Putinin AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə üzrxahlığı baş verən fəlakətin...