Dünya liderləri Prezident İlham Əliyevə başsağlığı verirlər
Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Başsağlığı məktubunda deyilir:
"Cənab Prezident.
Dekabrın 25-də Bakı-Qroznı reysi ilə hərəkət edən Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar Rumıniya vətəndaşları və hökuməti adından Sizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmalarını diləyir, həmçinin xalqınızla həmrəy olduğumuzu bildirirəm.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***21:36
Vyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıon Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri.
"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin dekabrın 25-də qəzaya uğraması nəticəsinə çoxlu sayda insanın həlak olması xəbəri məni dərindən kədərləndirdi.
Cənab Prezident, Vyetnam dövləti və xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, kədərinizi bölüşürəm".
***19:49
Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
"Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi surətdə qəzaya uğraması xəbərini dərin kədərlə qarşıladım. İnsanların bu qəzada həyatını itirməsi ürəkağrıdıcı hadisədir.
Xorvatiya hökuməti adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, həmçinin xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm.
Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".
***19:28
İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Başsağlığı məktubunda deyilir.
"Zati-aliləri.
İtaliya Respublikası adından və şəxsən öz adımdan Sizə Milad günü baş vermiş çox ağır təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığımı bildirirəm.
Cənab Prezident, Sizinlə birlikdə dost Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək, həlak olanların ailələrinin kədərini bölüşürəm".
***17:13
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə o, "X"də yazıb.
Ali nümayəndə hadisə ilə əlaqədar beynəlxalq araşdırmanın aparılması istiqamətində çağırış edib.
"Hadisəni təcili və müstəqil şəkildə beynəlxalq müstəvidə araşdırmağa çağırıram. Fikirlərimiz həlak olanların ailələri və yaxınları ilədir. Xəsarət alanlara şəfa diləyirəm", - K.Kallas qeyd edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezidenti İlham Əliyev çoxsaylı insan itkisindən sonra dekabrın 26-da ölkədə matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.
*** 11:41
Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Sellasie Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
BAKU.WS President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Faciəvi təyyarə qəzası nəticəsində insan tələfatı barədə xəbəri dərin hüzn və kədərlə qarşıladıq.
Efiopiya Federativ Demokratik Respublikasının hökuməti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan xalqına və hökumətinə, o cümlədən həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bu faciəvi qəzada yaralananların tezliklə və tam sağalmasını diləyirəm.
Efiopiya bu çətin zamanda Azərbaycan xalqı və hökuməti ilə həmrəy olduğunu bildirir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
*** 10:13
Xorvatiyanın Baş naziri Andrey Plenkoviç azərbaycanlı həmkarı Əli Əsədova başsağlığı məktubu ünvanlayıb.
BAKU.WS-in report-a istinadən məlumatına görə, məktubda deyilir:
"Dekabrın 25-də Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin sərnişinləri və ekipaj üzvlərinin ölümü ilə bağlı faciəvi xəbəri dərin hüznlə aldım. Xorvatiya Respublikası Hökuməti adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə və bu faciədən zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı verirəm. Biz həmçinin, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq".
Oxşar xəbərlər
Aygün Attar: Rusiyanın üzrxahlığı baş verən fəlakətin ağırlığını dərk etməsidir
Rusiya Prezidenti Vladimir Putinin AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə üzrxahlığı baş verən fəlakətin...