Təyyarə qəzasında həlak olanların cənazələrinin təhvil verilmə prosesi yekunlaşdı
AZAL-ın "Embraer-190" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 24 azərbaycanlının (3 ekipaj üzvü və 21 sərnişin) cənazəsi xüsusi ayrılmış maşınlara qoyularaq ailələrinə təhvil verilmək üçün aparılıb.
BAKU.WS xəbər verir ki, artıq proses yekunlaşıb.
Sabah onlarla vida mərazimi keçiriləcək və dəfn olunacaqlar.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.
Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.
***23:52
AZAL-ın "Embraer-190" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 24 azərbaycanlının (3 ekipaj üzvü və 21 sərnişin) cənazəsi Bakıda hava limanında düşürdülür.
Cənazələr ailələrinə təhvil veriləcək. Onların sabah dəfn ediləcəyi gözlənilir.
Hazırda Baku.TV ərazidən canlı efirdən bağlantı ilə efirə qoşulub:
***23:46
Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin nəşi Qazaxıstandan Bakıya gətirilib. Artıq təyyarə artıq eniş edib.
Təyyarədə 3 ekipaj üzvü də daxil olmaqla 24 Azərbaycan vətəndaşının nəşi gətirilib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.
Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.
***23:40
Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin nəşi Qazaxıstandan Azərbaycana gətirilir. Təyyarə artıq eniş zolağına yaxınlaşır.
***20:00
Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin nəşi Qazaxıstandan Azərbaycana gətirilir.
BAKU.WS xəbər verir ki, BAKU.TV-yə istinadən xəbər verir ki, həlak olan 3 ekipaj üzvü və 21 sərnişinin cənazəsi Bakıya gətiriləcək.
BAKU.TV canlı yayıma çıxacaq:
Oxşar xəbərlər
Naxçıvan DYP dumanlı hava ilə əlaqədar müraciət etdi
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib. B...