Prezident: Azərbaycan ilə Rusiya arasında nəzərdə tutulan layihələr daimi diqqət və nəzarət tələb edir
Azərbaycan ilə Rusiya arasında nəzərdə tutulan layihələr daimi diqqət və nəzarət tələb edir.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.
Dövlətimizin başçısı qeyd edib: "Gündəliyimiz (ikitərəfli münasibətlərin-red.) kifayət qədər genişdir və layihələr, xüsusilə avqust ayında Bakıda nəzərdə tutduqlarımız əlbəttə ki, bizim daimi diqqət və nəzarətimizi tələb edir".
Prezident İlham Əliyev vurğulayıb ki, Vladimir Putinlə görüş gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün daha bir yaxşı fürsətdir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev MDB dövlət və hökumət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib
Oktyabrın 8-də Moskvada MDB dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlh...