Afət Fərmanqızının oğlu evləndi - Sənətçi toyda iki libas dəyişdi
Müğəni Afət Fərmanqızının evində xoş gün yaşanıb.
BAKU.WS xəbər verir ki, ötən gün sənətçinin oğlu Hüseynin toyu olub. O sevib-seçdiyi Fidan adlı xanımla ailə qurub. Toy paytaxtın dəbdəbəli məkanlarından birində baş tutub.
Mərasimdə Fərmanqızının ailə üzvləri, yaxınları, tanışları və şou-biznesin bəzi nümayəndələri iştirak ediblər.
Onlar arasında Əməkdar artistlər Ədalət Şükürov, Vasif Məhərrəmli, müğənnilər Şəbnəm Tovuzlu, Türkan Vəlizadə, Dəniz Firuddinli və aparıcı Zaur Nəbioğlu olub.
Toyda vur-çatlasın edən şou əhli maraqlı və rəngarəng görüntülər yaradıb.
Toyda Afətin övladının atası da iştirak edib. Sənətçi keçmiş həyat yoldaşı ilə birlikdə oğluna ailə qurması münasibətilə xeyir dua verib.
İfaçı övladının şad günündə iki libas dəyişib.
![]()
BAKU.WS toydan görüntüləri təqdim edir:
Oxşar xəbərlər
"L7" qrupunun üzvü Cennifer Finç vəfat edib
Amerikanın məşhur rok qrupu "L7"nin vokalçısı və bas gitara ifaçısı Cennifer Finç 59 yaşında dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, sənətçi uzun müddət beyi...