Dünya liderləri Prezident İlham Əliyevə başsağlığı verirlər

Dünya liderləri Prezident İlham Əliyevə başsağlığı verirlər
Siyasət 930

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycan Prezidenti İlham Əliyevə Aktauda AZAL-a məxsus təyyarənin qəzası səbəbindən çoxsaylı insan ölümü ilə bağlı başsağlığı verib.

Başsağlığında deyilir:

"AZAL" aviaşirkətinin Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına bütün dağıstanlılar adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.

Dərdinizi səmimi-qəlbdən bölüşür, Sizinlə birlikdə kədərlənirik.

Xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq".

Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

***19:20

Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir: "Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident.

Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması, çoxlu sayda insanın həlak olması və yaralanması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu fəlakət zamanı həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirəm. Ölkəmizin bütün vətəndaşları Azərbaycan xalqının hüzn və kədərinə şərikdirlər.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

***17:50

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

BAKU.WS xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Dekabrın 25-də "Azərbaycan Hava Yollarına" məxsus sərnişin təyyarəsinin qəzaya uğraması xəbəri Tatarıstan Respublikasında dərin kədər hissi ilə qarşılanıb.

Yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını diləyirəm.

Biz bu itkilərin acısını ürəkdən bölüşür və qardaş Azərbaycan xalqı ilə birlikdə kədərlənirik".

***16:46

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

BAKU.WS-in məlumatına görə, məktubda deyilir:

"Cənab Prezident.

"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın faciəli ölümü və yaralanması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.

Slovakiya vətəndaşları adından və şəxsən öz adımdan Sizə, Azərbaycan vətəndaşlarına, eləcə də həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını arzulayıram".

***16:43

Avropa Şurasının Baş katibi Alain Berset "Azərbaycan Hava Yolları" təyyarəsinin dekabrın 25-də Qazaxıstanda baş verən və çoxlu sayda insanın ölümü ilə nəticələnən faciəvi qəzası ilə bağlı başsağlığı verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, dərin hüznlə başsağlığı verən Baş katib sağ qalanların tez və tam sağalmasını arzulayıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

***16:22

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

BAKU.WS xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı dəhşətli xəbər bizi dərindən kədərləndirdi.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından Zati-alinizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, kədərinizi bölüşür, dəstəyimizi bildiririk, yaralıların isə tezliklə sağalmalarını arzulayırıq.

Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik.

Hörmətlə,

Vayra Vike-Freyberqa

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,

1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti

İsmail Serageldin

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,

1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti

Mariya Fernanda Espinoza

BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri,

2017-2018-ci illərdə Ekvadorun xarici işlər naziri

Rosen Plevneliyev

2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti

İvo Yosipoviç

2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti

Filip Vuyanoviç

-2003-2018-ci illərdə Monteneqronun Prezidenti

Zlatko Laqumciya

2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri

Eka Tkeşelaşvili

2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini

Volkan Bozkır

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri

Petar Stoyanov

1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti

Vuk Yeremiç

BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri".

***15:47

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

BAKU.WS xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı xəbərini təəssüf hissi ilə öyrəndim.

Bu faciə ilə əlaqədar kədərinizi bölüşərək, qardaş Azərbaycan xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, sağ qalan insanlara görə Uca Allaha şükür edir, yaralıların tezliklə sağalmalarını diləyirəm.

Allah Sizi və xalqınızı qorusun".

***15:24

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu gəlib.

BAKU.WS xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında çoxlu insan tələfatına və yaralanmasına səbəb olan faciəvi təyyarə qəzası ilə bağlı xəbər məni dərindən kədərləndirdi və sarsıtdı.

Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına, o cümlədən bu hadisə nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Belə bir kədərli gündə dualarımızın xüsusilə də faciənin nəticələri ilə üzləşmiş sağ qalan insanlarla olduğunu bildirirəm".

***15:24

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə başsağlığı verib.

BAKU.WS xəbər verir ki, başsağılığında deyilir:

"Möhtərəm cənab Prezident.

"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbərini dərin hüzn və kədərlə qarşıladıq.

Bu ağır itki ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzu edirik".

***15:23

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

BAKU.WS xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

"Azərbaycan Hava Yolları"nın təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində sərnişinlərin və ekipaj üzvlərinin həlak olması xəbərindən sarsıldım.

Sizə və həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanların tezliklə sağalmalarını arzulayıram".

***15:22

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

BAKU.WS xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

"Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı xəbər məni dərindən kədərləndirdi. Çoxlu sayda insanın həyatına son qoymuş bu hadisə Azərbaycan üçün böyük itkidir.

Zati-alinizə və Azərbaycan xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzu edirəm.

Bu faciə Türk dünyasında hər kəsi dərindən təsirləndirdi, kədərli anlarda birliyin və dəstəyin önəmini xatırlatdı. Bu hüznlü hadisə ilə bağlı Azərbaycan xalqı ilə həmrəyik və kədərinizi bölüşürük".

***15:21

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı veriblər.

BAKU.WS xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin paylaşımında bildirilib.

"Bütün həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, Uca Allahdan mərhumlara rəhmət, ailələrinə səbir və yaralılara şəfa diləyirik", - başsağlığında vurğulanıb.

***14:59

Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

BAKU.WS xəbər verir ki, bu barədə Küveyt Xəbər Agentliyi məlumat yayıb.

Bildirilib ki, Küveyt əmiri ölənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

***14:43

Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə məlumat Misirin dövlət başçısının rəsmi saytında yerləşdirilib.

Misir lideri baş vermiş hadisədən dərin kədər hissi keçirdiyini qeyd edib, həlak olanların ailələrinə başsağlığı verərək, onlara Allahdan rəhmət diləyib.

Prezident Əbdül Fəttah əs-Sisi xəsarət alanların tezliklə sağalmalarını arzulayıb.

***14:41

Çin Xalq Respublikasının Sədri Si Cinpin Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.

***14:25

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Prezident İlham Əliyevə "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstan ərazisində qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

BAKU.WS xəbər verir ki, başsağlığında deyilir:

"Azərbaycan Respublikasının möhtərəm Prezidenti, əziz dost.

İcazə verin, "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstan ərazisində qəzaya uğraması ilə əlaqədar dərin kədərimi və hüznümü ifadə edim.

İnsan ölümü hər zaman çox ağır itkidir. Əzizlərini itirən ailələrə dərin hüznlə başsağlığı veririk, xəsarət alanların tezliklə sağalmalarını diləyirik.

Möhtərəm Prezident, xalqınıza dərin rəğbətimi bir daha ifadə edərək, bu çətin anlarda Sizə səbir arzulayıram".

***14:23

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

BAKU.WS xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında çoxlu sayda insanın həlak olduğu təyyarə qəzası ilə bağlı xəbər məni dərindən kədərləndirdi.

Bosniya və Herseqovina vətəndaşları adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram".

***14:10

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib.

BAKU.WS-in məlumatına görə, mətndə deyilir:

"Zati-aliləri, əziz Qardaşım.

Dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi surətdə qəzaya uğraması ilə əlaqədar Pakistan xalqı və Hökuməti adından, şəxsən öz adımdan Sizə, azərbaycanlı qardaş və bacılarımıza dərin hüznlə başsağlığı verirəm.

Pakistan xalqı insanların həyatını itirməsi ilə nəticələnən bu hüznlü hadisə barədə xəbəri dərin kədər hissi ilə qarşıladı. Biz bu kədərli vaxtda Zati-aliniz və Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bildiririk.

Düşüncələrimiz və dualarımız həlak olanların ailələrinin yanındadır, yaralananların tezliklə sağalmalarını diləyirik. İnanıram ki, cəsur Azərbaycan xalqının dözümlülüyü və birliyi bu çətin dövrü dəf etməyə kömək edəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Qeyd edək ki, təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

***14:09

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Şavkat Mirziyoyev baş vermiş təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların yaxınlarına başsağlığını bildirib, yaralanan şəxslərin tezliklə sağalmalarını arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq edib.

Qeyd edək ki, təyyarənin göyərtəsində olan 67 nəfərdən Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Son xəbərlər