Putin Şoyquya yeni vəzifə verdi
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası yanında Elmi-Ekspert Şurasının yaradılması barədə tapşırıq verib. Bu quruma Təhlükəsizlik Şurasının katibi və Rusiya Federasiyasının keçmiş Müdafiə naziri Sergey Şoyqu rəhbərlik edəcək.
BAKU.WS globallookpress.com-a istinadən xəbər verir ki, rəsmi sərəncamda bildirilir ki, bu addım Təhlükəsizlik Şurasının və onun işçi orqanlarının fəaliyyətinin elmi-metodoloji və ekspert-analitik təminatını gücləndirmək məqsədini daşıyır:
"Rusiya Federasiyası Təhlükəsizlik Şurası yanında Elmi-Ekspert Şurası yaradılır. Bu şuraya sədr olaraq Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu təyin olunur."
Sənəd Rusiya Federasiyasının hüquqi aktlarının rəsmi dərc olunduğu saytda yerləşdirilib. Eyni sərəncamla Təhlükəsizlik Şurası yanında əvvəl mövcud olan Elmi Şura ləğv edilib.
Oxşar xəbərlər
Ukraynada fədakarlıq göstərən azərbaycanlılar: Biri Ali Radanın medalını aldı, digəri ölümdən döndü
Ukraynanın müharibənin ən gərgin bölgələrindən biri olan Donetsk vilayətinin hərbi prokuroru Etibar Səmədov əslən Tovuz rayonunun Əyyublu kəndindəndir. BAKU.WS...